“Finaldakı nəticə baş məşqçi postunda fəaliyyətimə təsir edə bilər”
21.05.2010 - 15:58
“Kuboku qazanmaq çox şərəflidir. Çalışacağıq ki, komandamız titulsuz qalmasın. Çünki bu klubun rəhbərliyi, üzvləri, azarkeşləri mövsüm bitəndən sonra sevinməlidirlər. Onlar buna layiqdirlər”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Unibank Premyer Liqanın son üç turunda cəmi 1 xal toplayan və bu səbəbdən qızıl medalları əldən verən cənub təmsilçisinin çalışdırıcısı bildirib ki, futbolçularda psixoloji gərginliyi aradan qaldırmaq yönündə iş aparılır: “Futbolçularla bu yöndə çox söhbət etmişik. Həlledici görüşlərdə futbolçunun daxili gərginliyinin aradan qaldırılması çox vacibdir. Biz məşqçilər onların yanındayıq. Hətta lazım olanda, evlərinə gedirik, məişət problemləri ilə maraqlanırıq. Yəni, daxili stressi aradan qaldırırıq. Ancaq bununla iş bitmir axı. Futbolu daxilən oyuna hazır olmalı, içindəki gərginliyə qalib gəlməlidir. Ən əsası, futbolçuda xarakter olmalıdır. Biz azərbaycanlıların ən pis cəhəti odur ki, harada uduzuruqsa, əl-qolumuzu aşağı salırıq. Burda başqa məsələ olmalıdır: axı niyə mən udmamalıyam, uduzmalıyam? Bax, onda xarakterin necə olduğu üzə çıxır”.
Mircavadovun sözlərinə görə, özünəinamı qaytarması üçün komandası finalda mütləq qalib gəlməlidir: “Məlum şeydir ki, qələbə ruhu həmişə “Xəzər-Lənkəran”da olub. Ancaq deyərdim ki, axır oyunlarda qələbə ruhunu itirmişik. Sonuncu qələbəmizi mayın 5-də evdə “Olimpik-Şüvəlan” üzərində qazanmışıq. Hər halda, qələbə ruhu var, sadəcə, onu qaytarmaq lazımdır. İndiki halda, yaşından asılı olmayaraq, komanda yumruq şəklində birləşməlidir. İnşallah, “Xəzər-Lənkəran” mövsümü titulla başa vurar”.
Cənub təmsilçisi kuboka sahib çıxmaq üçün mayın 23-də finalda “Bakı”ya qalib gəlməlidir. Bunun üçün çalışdıqlarını vurğulayan Mircavadov fanatlarına borcu qaldıqlarını düşünür: “Bunu yaxşı oyun, qələbə ilə qaytarmaq lazımdır. Azarkeşlərimiz nəticə, titul üçün darıxıblar. Bəziləri inciyiblər, bunu da başa düşürük. “Xəzər-Lənkəran” böyük bir ailədir. Hər ailədə söz-söhbət də olur. Ancaq hər şeyin həddi var. Bundan qırağa çıxmaq olmaz. Tez küsəndə, tez də barışmaq lazımdır. Son turda zədə üzündən oynamayan Allan Lalin də daxil olmaqla, bütün futbolçularımız oyuna hazırlaşır. Hətta son vaxtlar zədə üzündən oynamayan Juninyo Osvaldo da. Düzdür, onun üçün ağırdır, mən bunu məşqdə görürəm. Ancaq Juninyonun da məşqdə olması, gülməsi də bizüm üçün vacibdir. Belə bir deyim var: Ah-uf deməklə, iş düzəlmir. Məğlubiyyət, söz-söhbət qurtardı, qabağa baxmaq, yaxşı hazırlaşıb, udmaq lazımdır”.
63 yaşlı mütəxəssis bildirib ki, mövsümü titulsuz başa vurmaq onun üçün uğursuz sayılacaq: “Final oyunundakı nəticə baş məşqçi postunda fəaliyyətimə təsir edə bilər. Çünki çempionluğu itirdik, amma kuboku əldən buraxmaq olmaz. Həmişə təmiz idman prinsiplərinin tərəfdarı olmuşam və buna tabe olmuşam. “Bakı” ilə Lənkərandakı oyunumuz sübut etdi ki, hər hansı danışıqdan söhbət belə gedə bilməz. Belə də olmalıdır, təmiz mübarizə aparmalıyıq. Həm də, “Xəzər-Lənkəran” rəhbərliyi, Lənkəran azarkeşləri də təmiz futbol istəyirlər. İnanın ki, onlar başqa hərəkəti qəbul etməzlər. Təmiz çempionat, təmiz çempion olmalıdır”.
Mehman SÜLEYMANOV

0
0