Ağasəlim Mircavadov AFFA-ya təklif verdi
21.05.2010 - 18:06
Ağasəlim Mircavadov AFFA-ya təklif verdi
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov AFFA-ya təkliflə çıxış edib. Bu barədə apasport.az saytına açıqlamasında təcrübəli çalışdırıcı daxili yarışlarda qapıçıların legioner olmasına qadağa qoyulmasını istədiyini bildirib.

Ölkəmizin ən yaxşı qapıçısı olan, milli komandamızın da “1 nömrəsi” sayılan Kamran Ağayev təcrübəli mütəxəssisin sərəncamında olsa da, o, bu mövqedə çıxış edənlərlə bağlı ümumi vəziyyətdən narazıdır: “Azərbaycanda qapıçı problemi həddindən artıqdır. AFFA-ya təklif edərdim ki, çempionatda çıxış edən qapıçılar ancaq yerli futbolçular olsun. Bunu tətbiq etməklə, klubları yerli qapıçını oynatmağa məcbur etsinlər. Eşitdiyimə görə, Birləşmiş Ərəb Əmirliklərində belə praktika var. Digər mövqelərdə legionerlərə icazə verilir, ancaq qapıda yox. Biz bunu heç olmasa 2-3 il tətbiq etsək, qapıçılarımız xeyli inkişaf edər. Gənc qapıçılarımız var, ancaq onlara etibar etmək olmur. Çünki onlar o dərəcədə inkişaf etməyiblər”.

Mehman SÜLEYMANOV