“Gözləyirəm, görüm, kim mənə iş təklif edəcək”
24.05.2010 - 23:03
“Standard”dan heç bir təklif almamışam. Bunu sizdən eşidirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Sabir Əliyev deyib.
Azərbaycan futbolu tarixinə Sumqayıtın “Xəzər” klubuna iki gümüş medal qazandırması ilə düşən təcrübəli mütəxəssis bu şəhəri təmsil edən “Standard”ın baş məşqçisi təyin olunacağı ilə bağlı yayılan söz-söhbətləri əsassız adlandırıb: “Nəinki “Standard”dan, heç bir klubdan təklif almamışam. Bir ilə yaxındır işsizəm. Gözləyirəm, görüm, kim iş təklif edəcək”.
Qeyd edək ki, Əliyev məşqçilik karyerası ərzində “Xəzər”, “Gənclərbirliyi”, Qubanın “Şahdağ” klublarında çalışıb.

0
0