Jaba, sevgilisi və Braziliya
24.05.2010 - 23:07
“İlk vaxtlar bir qədər çətinliklər vardı. Artıq getdikcə Azərbaycana uyğunlaşıram. Komanda daxilində atmosfer yaxşıdır". Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun hücumçusu Jaba deyib.
Braziliyalı futbolçu ötən ilin yayında sabiq baş məşqçi Qyoko Hacıyevskinin istəyi ilə "Bakı"ya transfer olunub. O, Bülənt Korkmaz və Cüneyt Biçerin vaxtında da əsas heyətin üzvü olub.
Cari Azərbaycan birinciliyi başa çatdıqdan bir neçə gün sonra Jaba birgə yaşadığı sevgilisi ilə ölkəmizi tərk edəcək. O bildirib ki, yay istirahətini doğma vətəni Braziliyada keçirəcək: “Mən harada oynamağımdan asılı olmayaraq, Braziliyanı həmişə sevmişəm. Türkiyədə çıxış edəndə də yay tətilində mütləq Braziliyaya gedirdim. Builki yayı da nişanlımla birgə doğma vətənimdə keçirəcəyəm”.
Qeyd edək ki, Jaba ölkəmizə gəlməzdən öncə 7 il Türkiyədə çıxış edib. 29 yaşlı hücumçu qardaş ölkədə "Ankaragücü" və "Ankaraspor" klublarının formasını geyinib. “Bakı” ilə müqaviləsi müddəti başa çatan forvardın yenə Türkiyədə oynamaq perspektivi var.

0
0