Vadim Borets: Mənim üçün ən yaxşı nümunə Zanettidir
24.05.2010 - 23:00
“Xəzər-Lənkəran”la final matçını kənardan izləmək mənim üçün çətin idi. Həmişə belə möhtəşəm atmosferdə, dolu tribunalar önündə oynamağı çox istəmişəm. Ancaq bu dəfə cəzalı olmağım meydana çıxmağıma imkan vermədi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun moldovalı futbolçusu Vadim Borets deyib.
Paytaxtın eyniadlı komandasında çıxış etdiyi hər iki mövsümdə - əvvəl çempion, ardından ölkə kubokunu qazanan 34 yaşlı moldovalı futbolçu sonuncu titulunu heç də asanlıqla qazanmadıqlarını bildirib. “Xəzər-Lənkəran”la final oyununun çətin keçdiyini hesab edən Borets böyük müzakirələrə səbəb ilk qol haqda danışıb: “Komanda yoldaşım Ernad Skuliçin vurduğu qol doğrudan da kuryoz alındı. Futbolçularla bununla bağlı söhbətləşdik. Əslində, həmin epizodda Skuliç topu auta çıxarmaq istəyirmiş. Ancaq “Xəzər-Lənkəran”ın futbolçularından biri topu qapıçılarına ötürmələrini istəyib və nəticədə belə kuryoz qol alınıb. Məncə, Skuliçə günahlandırmaq düzgün olmazdı. “Fair play” qaydaları onda pozulardı ki, topu bilərəkdən güclü zərbə ilə qapıya vurasan. Axı Ernad bunu etməyib. O, meydançanın ortasından topu “Xəzər-Lənkəran”ın qapıçısına tərəf ötürdü. Sadəcə, top Kamran Ağayevin yanında yerdə düşdü, irəli çıxmaqla səhv edən qapıçının başının üstündən tora düşdü. Rəqiblə müqayisədə daha çox qol imkanlarımız oldu. “Xəzər-Lənkəran”la həlledici görüşlərin hamısında qalib gəldik və nəticədə iki mükafat – gümüş medal və ölkə kubokunu qazandıq. Fikrimcə, “Bakı” kuboka daha layiq idi”.
Vadim ölkəmizdə mükafat kolleksiyasını doldurduğuna görə şad olduğunu gizlətmir: “Mən əsas buna görə çox sevinirəm. Artıq beş ildir oynadığım Azərbaycanda qızıl, gümüş, bürünc medal, həmçinin “Birlik kuboku”nu qazanmışdım. Yalnız Azərbaycan kuboku qalmışdı ki, bunda sahib çıxdım. Düzdür, Azərbaycanda ilk klubum olan, üç il oynadığım “Neftçi” ilə nə çempion, nə də kuboku qazana bildim. Bilirsiniz, bu komandanın başqa spesifikası var. “Neftçi”də daim çempionluğa oynasaq da, sonda nəsə çatmırdı. Elə “Olimpik”ə məğlubiyyət nəticəsində “Xəzər-Lənkəran”ın çempion olduğu 2007-ci ili yada salmaq olar”.
“Xəzər-Lənkəran”la oyun öncəsi “Bakı” ilə üç illik müqavilə imzalayan Borets yaradılan şəraitdən razıdır: “Əvvəl iki illik müqavilə söhbəti olmuşdu. Sonda belə razılığa gəldik ki, üç illik anlaşaq. Azərbaycanda hələ çox oynamaq istədiyimdən buna müsbət cavab verdim. Karyeramı nə vaxt bitirəcəyimi deyə bilmərəm. Gücüm imkan verənə qədər oynayacağam. Futbolçu karyeramı burada başa vurmaq istərdim”.
Vadim İtaliyanın “İnter” klubunun heyətində Çempionlar Liqasının qalibi olan məşhur argentinalı futbolçu Xavyer Zanetti nümunə götürür: “Hesab etmirəm ki, 34 yaşlı futbolçu üçün üç illik müqavilə çoxdur. Xavyer Zanettiyə fikir verin. O, mənim üçün canlı, ən yaxşı nümunədir. Bizdən bir gün əvvəl Çempionlar Liqasının kubokunu başı üzərinə qaldıran “İnter”in kapitanının 37 yaşı var. Ancaq görün, Zanetti meydanda necə qaçır, istənilən mövqedə, yarımmüdafiənin mərkəzində, müdafiənin solunda oynayır. Yadımdadır, yığma ilə birgə İtaliyada hazırlıq keçdiyimiz zamanı “İnter” – “Napoli” oyununa baxmağa getmişdim. Zanetti həmin vaxt necə qaçırdısa, indi də elə qaçır. Futbolçu üçün yaşın fərqi yoxdur. İstər 25, istərsə də 45 yaşı, əsas odur ki, enerjili, hazırlığa qaydasında olsun”.
Mehman SÜLEYMANOV

0
0