Maksim Medvedev: Bizi Rəşad Sadıqov idarə edir
24.05.2010 - 18:28
“Komandamızın müdafiə xəttində Rəşad Sadıqov kimi təcrübəli futbolçu yer alıb. Demək olar ki, bizi Rəşad idarə edir. Məncə, Admir Teli Azərbaycana gəlmiş ən güclü legionerlərdən biridir. Elnur Abdullayevin də yaşına görə az təcrübəsi yoxdur. Onlarla müqayisədə mən karyerama yeni başlamışam. Ola bilsin ki, təcrübədə baxımından onlardan bir qədər geri qalıram. Ancaq sağ olsun komanda yoldaşlarım, bunu meydanda hiss etdirmirdilər”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Maksim Medvedev deyib.
Başa çatan mövsüm barədə danışan gənc müdafiəçi komandasının niyə çempion ola bilməməsinə aydınlıq gətirib. O mövsümün ortasında komandanı tərk edərək, Hollandiyanın “Tvente” klubuna transfer olunan Vaqif Cavadovun yoxluğunu əsas gətirib: “Vaqif çətin anlarda qol vuraraq, komandaya vacib qələbələr, xallar qazandırdı. Ancaq o getdikdən sonra rahat qələbə qazana bilmirdik. Gördüyünüz kimi, çətinliklə qələbə əldə edirdik. Qol vura bilməməyimiz qalsın bir yana, elə oyunlar oldu ki, müdafiədə kobud səhvlər buraxdıq və nəticədə məğlub olduq. Həm də bu mövsüm çox heç-heçə etdik. Yəni, çempionluq yolunda vacib xallar itirdik. Ona görə də son anda çempion ola bilmədik. Vaqif qalsaydı, komandaya böyük xeyri olardı”.

0
0