Messi rəmzi yığmadan kənarda qaldı
24.05.2010 - 23:12
Ötən il dünyanın ən yaxşı futbolçusu seçilmiş Lionel Messi 2009/2010-cu illər Çempionlar Liqasının (ÇL) simvolik yığmasına düşməyib. Apasport.az saytının xəbərinə görə, həmin yığmada forvard mövqelərini "İnter"dən Dieqo Milito və "Bavariya"dan İvitsa Oliç tutublar.
Simvolik komandada Lion "Olimpik"inin qapıçısı Uqo Yoris, müdafiəçilər Lusio və Xavyer Zanetti (hər ikisi - “İnter”), Daniel Alveş (“Barselona”), Mikael Siani (“Bordo”), habelə yarımmüdafiəçilər Xavi (“Barselona”), Uesli Sneyder (“İnter”), Bastian Şvaynştayger və Aryen Robben (hər ikisi – “Bavariya”) yer alıblar.
“Barselona”nın argentinalı forvardı Lionel Messi Çempionlar Liqasında 8 qol vuraraq, turnirin ən yaxşı bombardiri olub. ÇL-in təşkilatçıları hər mövsümün ən yaxşı oyunçusu ilə yanaşı, öz ampluasında ən yaxşı futbolçunu seçirlər. ÇL-də başa çatmış mövsümün rəsmi sonucları hələ açıqlanmayıb.

0
0