Ronaldinyo Avropanın ən yaxşısı imiş... - SİYAHI
24.05.2010 - 23:23
Hücumçuların fərqlənməsi, bir ulduz kimi parlaması pleymeykerlərdən, zərgər dəqiqliyi ilə ötürmə verən futbolçuların ustalığından asılıdır. Assisentlərin ən azı qol vuran futbolçu qədər topun qapı xəttindən keçməsində əməyi var. Cari mövsümdə Avropanın aparıcı çempionatlarında top qovan bir sıra futbolçular sərrast ötürmələri ilə diqqət mərkəzinə düşdülər. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq, cari mövsüm üçün Avropanın 10 ən yaxşı assisentini təqdim edirik.
10. Luço Qonsales, 12 qol ötürməsi
Argentinalının Fransadakı ilk mövsümü uğurlu alındı, hərçənd ilk əvvəl Luço əksər hallarda zədəli olurdu ki, bu da start matçlarında oyununa təsirsiz ötüşə bilməzdi. Bundan sonra isə işlər ahəng üzrə gedir. Marsel "Olimpik"inin futbolçusu çempionata alışır, köhnə xəstəliklərdən yaxa qurtarmağa müvəffəq olur və onun köməkliyi ilə komanda turnir cədvəlinin yuxarı pillələrində yerini möhkəmlədə bilir. Yazda isə marsellilər ardıcıl 7 qələbə qazanır, hansı ki, Luço 6 məhsuldar ötürmə etmişdi.
9. Xesus Navas, 13 qol ötürməsi
Bütün mənalarda çox əsəbi ispan yarımmüdafiəçisi gərək ki, ötən illə müqayisədə inkişafa nail ola bilən "Sevilya"nın yeganə futbolçusudur. Çempionat matçlarında onun məhsuldar ötürmələri sayəsində dəfələrlə qələbə topu vurulub, Navas Çempionlar Liqasında da rəqiblərini həmişə təngə gətirib.
8. Didye Droqba, 13 qol ötürməsi
"Çelsi"nin qoleadoru, vurmağa müvəffəq ola bilmədiyi matçlarda, assisentlik mövqeyində özünü tam rahat hiss edirdi. "Liverpul"a qarşı oyunda, Droqba Anelka və Maludanın fərqlənməsinə şərait yaradır. Məhz Droqbanın ötürməsi sayəsində "Tottenhem" darmadağın olur və "Bolton" üzərində mühüm qələbə əldə olunur. "Stok Siti"nin alçaldılmasında iştirak etmək qara dərili futbolçuya qollarının sayəsində deyil, ötürmələrinin sayəsində nəsib olur. O, bu matçda komanda yoldaşlarına 2 dəfə köməklik edir. Droqbanın bu cü uğuru ilə yanaşı bombardir missiyasını da unutmaq olmaz, hansı ki, mövsümün sonunda çempionatın ən yaxşı qoleadoru titulunu alır.
7. Lionel Messi, 13 qol ötürməsi
Messi qollardan savayı, eyni zamanda ayrı-ayrı matçlarda assisentlik funksiyasını da üzərinə götürür. Qısası, Leo hər oyunda möcüzə yaratmaq kimi əsas işini qüsursuz yerinə yetirir və çempionatdakı topların miqdarına görə "Barselona" rekordçusu Ronaldoya asanlıqla yetişə bilir.
6. Xavi, 14 qol ötürməsi
Komandanın oyunun qurulmasında "Barselona"nın yarımmüdafiəçisinin rolunu yenidən qiymətləndirmək çətindi. Məhsuldar ötürmələrinin miqdarı mümkün olandan o qədər də çox olmasa da, nə qədər reallaşmayan ötürmələr kadr arxasında qalıb? "Real" qarşı çempionatın faktiki həlledici matçında onun 2 dəqiq ötürməsi sayəsində qələbə əldə olunur.
5. Sesk Fabreqas, 16 qol ötürməsi
"Arsenal"ın yarımmüdafiəçisi çempionatın əvvəlində "Everton"la matçda 2 qol və 2 məhsuldar ötürmə ilə işinin təməlini qoyur. O vaxtdan bəri Fabreqas istənilən yarışda meydanı qolla nəticələnən ötürməsiz tərk etmir. "Arsenal" 8-ci turda "Blekbern"ə altı top "yükləyir", onlardan birinin müəllifi Fabreqas olur, 4 isə ötürməsi sayəsində vurulur. Fabreqas mövsümün ortalarında tez-tez vurmağa başlayır, çempionatın son 9 matçında isə yalnız 2 dəfə komanda yoldaşlarına fərqlənməkdə kömək edir.
4. Mesut Özil, 17 qol ötürməsi
Son dərəcə məhsuldar mövsüm keçirib və "Verder"in, Avroliqada irəliləməsi və çempionatda 3-cü yeri tutması üçün xeyli iş görüb. Futbolçu bir neçə dəfə ardıcıl olaraq 4-5 matçda özünü göstərib, hansı ki, meydanı qolsuz tərk etməyib. Eləcə də, almanların Moskvada Rusiya yığmasına qalib gəlməsinə onun məhsuldar ötürməsi kömək edir.
3. Luis Suares, 17 qol ötürməsi
Uruqvaylı qoleador ikinci vəzifəsinə "Qroningen"lə matçda mövsümü məhsuldar ötürmə ilə başlayır. Uruqvaylı çox böyük miqdarda qol və qol ötürmələrinin kolleksiyasını toplamağa hazırlaşır və bundan sonra da "Ayaks"da qalacağına əmindi.
2. Frenk Lempard, 17 qol ötürməsi
Komanda ilə Avropada uğura nail olmayan ingiltərəli yarımmüdafiəçi "Arsenal"la matçda hesabı ikiqat artırmağa kömək edir. Noyabrda "Mançester Yunayted"ə qarşı dueldəki yeganə qol isə onun ötürməsi sayəsində vurulur.
1. Ronaldinyo, 18 qol ötürməsi
Nit-paradımızın lideri üçün mövsüm çox da yaxşı alınmır, hansı ki, həddən artıq tez başa çatır. Braziliyalının nəfis ötürmələrindən bu il az qalsın ki, "Milan"ın bütün rəqibləri əziyyət çəkirdi. Xüsusən də, "Roma", "Sampdoriya" və "Parma" ilə matçlar yadda qalıb, hansı ki, məhz burda Ronaldinyonun qol ötürməsi "rassionerlər"in qələbə qazanmasına imkan verdi. "Fiorentina" ilə səfər matçı ümumiyyətlə məğlubiyyətə yuvarlanırdı, lakin son 10 dəqiqədə "Ronni"nin çox gözəl ötürmələri 0:1 hesabını 2:1-ə çevirdi.
Mənbə: “Ekspressfutbol” qəzeti

0
0