Həmit Altıntop “Fənərbağça”ya gəlmək istəmir
26.05.2010 - 17:45
Həmit Altıntop “Fənərbağça”ya gəlmək istəmir
“Bavariya”da çıxış edən Həmit Altıntop Türkiyə Super Liqasında çıxış etmək istəmədiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlu” formanı geyinən Altıntop böyük ehtimalla Münhendə qalacağını deyib.

O, “Fənərbaxça” klubunun transfer siyahısında olmağına da münasibət bildirib: “İlk növbədə İstanbul komandası heyətini gücləndirməlidir. Daha sonra baş məşqçi problemini həll etməlidir. Mənim “Fənərbaxça”ya transferim isə Tuncay Şanlının da bu kluba gəlməsindən sonra baş tuta bilər”.

Beləliklə, hələ komandaya gəlməyən Həmit Altıntop rəhbərlik qarşısında 1 neçə şərt qoyub və mədəni şəkildə onlara “yox” cavabı verib. Maraqlıdır ki, onun şərtlərinə yığma komanda yoldaşı Tuncay Şanlı da bir şərt əlavə edib: “Mənim də “Fənərbaxça”ya gəlişimdən söhbət gedə bilməz. Nə qədər ki, orada braziliyalılar üstünlük təşkil edir, mən oraya getmərəm”.