“Olimpik-Şüvəlan” klubu Denis Kalinkovu transfer edir
26.05.2010 - 19:55
Bakının “Olimpik-Şüvəlan” klubu Moldova milli komandasının futbolçusu Denis Kalinkovu transfer edir. Klubun prezidenti Vaqif Qasımov apasport.az saytının Avstriyaya ezam olunmuş xüsusi müxbirinə verdiyi məlumata görə, 24 yaşlı hücumçu ilə keçidlə bağlı artıq ilkin razılıq əldə olunub. Ötən mövsümü “Xəzər-Lənkəran” keçirən Kalinkov karyerasını paytaxt təmsilçisində davam etdirməyə razıdır. Denis milli komandasından qayıtdıqdan sonra müqaviləyə imza atmaqla keçidi rəsmiləşdirəcək. O, bu gün milli komandamızla yoldaşlıq görüşündə yığmasının heyətində yer alıb. Qasımov baş məşqçisi Nazim Süleymanovla birgə hazırda Avstriyada seleksiya işi ilə məşğuldur.
Qeyd edək ki, “Xəzər-Lənkəran” bu gün moldovalı legioneri ilə yollarını rəsmən ayırıb.
Qeyd edək ki, “Xəzər-Lənkəran” bu gün moldovalı legioneri ilə yollarını rəsmən ayırıb.
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0