Hans Krankl yığmamızın oyununu izlədi
26.05.2010 - 22:32
Azərbaycan milli komandasının Moldova ilə yoldaşlıq görüşünü (1:1) Avstriya yığmasının sabiq baş məşqçisi Hans Krankl də izləyib. Apasport.az saytının Avstriyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Avstriya futbolunun əfsanəsi vətənində keçirilən sınaq matçına baxmağı lazım bilib. Zeekirhen şəhərinə təşrif buyuran 57 yaşlı mütəxəssis DÇ-2006-da görüşdüyü yığmamızın budəfəki durumu ilə tanış olub, futbolçularımızı gözdən keçirib. Kranklın son iş yeri yerli LASK klubu olub.
Qeyd edək ki, Avstriya milli komandamızla AÇ-2012-də də bir qrupa düşüb. Bu ölkənin yığması ilə Kranklın dövründəki oyunlarımız səfərdə 0:2 hesablı məğlubiyyət, evdə qolsuz bərabərliklə nəticələnib.
Qeyd edək ki, Avstriya milli komandamızla AÇ-2012-də də bir qrupa düşüb. Bu ölkənin yığması ilə Kranklın dövründəki oyunlarımız səfərdə 0:2 hesablı məğlubiyyət, evdə qolsuz bərabərliklə nəticələnib.
0
0