Berti Foqts: Moldova ilə görüşdə hesab oyuna görə oldu
26.05.2010 - 22:45
 Berti Foqts: Moldova ilə görüşdə hesab oyuna görə oldu
“Komandamızın Moldova yığması ilə oyunundan narazı qalmadım. Fikrimcə, hesab oyuna görə oldu”. Apasport.az saytının Avstriyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Moldova yığması ilə keçirilən yoldaşlıq görüşündən sonra jurnalistlərə bildirib. Nəticəni ədalətli hesab edən Foqtsu ciddi narazı salan məqam olmayıb: “İkinci hissədə meydana buraxdığım müdafiəçi Vurğun Hüseynovun millidə debüt etdiyini nəzərə almaq lazımdır. Yəni bu, beynəlxalq rəsmi oyun yox, yoldaşlıq görüşüdür. Ümumilikdə, ondan ciddi narazı qalmadım. Yığmamızda Fərid Quliyevlə Rauf Əliyevin oyununu qeyd edə bilərəm. Futbolçularda mövsüm bitəndən sonra yorğunluq hiss olunurdu. Hesab edirəm ki, fərqli iki hissə oldu. Fasiləyə kimi biz, ikinci hissədə rəqib daha yaxşı oyandı”.