Qurban Qurbanov Azərbaycandan getdi
27.05.2010 - 00:45
Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycanı tərk edib. Apasport.az saytının məlumatına görə, 38 yaşlı mütəxəssis Türkiyəyə yollanıb.
Səfərin futbolla ciddi əlaqəsi yoxdur. Qurbanov sadəcə ağır mövsümdən sonra istirahətini Türkiyədə ailəsi ilə birgə keçirməyi qərara alıb. Amma Qurban Qurbanov "Qarabağ"ın təlim-məşq toplanışı keçəcəyi Ankaradakı bazaya baş çəkəcək və vəziyyətlə yerindəcə tanış olacaq. Qurbanov gələn həftənin ilk günlərində Azərbaycana qayıdacaq.
Qeyd edək ki, "Qarabağ" cari mövsümü bürünc medalla başa vurub. Komanda Avropa Liqasının hazırlığına iyunun 5-də başlayacaq. Ağdam klubu iyunun 13-də Türkiyəyə yollanacaq.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0