“Tvente” “Qarabağ”a “atdı”
27.05.2010 - 00:52
Hollandiyanın "Tvente" klubu vədinə xilaf çıxıb. Apasport.az saytının məlumatına görə, son Hollandiya çempionu sözünün üstündə durmayıb.
Vaqif Cavadovun transferindən sonra "Qarabağ"la "Tvente" arasında münasibətlər yaranmışdı. Bunun tərkib hissəsi olaraq, "Tvente" rəsmilərinin Azərbaycana səfəri nəzərdə tutulmuşdu. Lakin baş məşqçi Stiv Maklarenin istefa verməsi bütün planları alt-üst edib.
Əvvəlcə mayın sonunda Azərbaycana gəlməyi planlaşdıran hollandlardan bir xəbər çıxmayıb. Ardından bu səfərin klubun proqramından ləğv olunduğu aşkarlanıb.
Qeyd edək ki, Cavadov hələ də bu klubun əsas heyətində debüt etməyib.

0
0