“Neftçi” klubundan Səfurə Əlizadəyə dəstək
27.05.2010 - 01:08
Norveçin paytaxtı Osloda təşkil olunan 55-ci “Eurovision” müsabiqəsində bu gün ikinci yarımfinal keçiriləcək. Bu il müsabiqədə Azərbaycanı təmsil edən Səfurə Əlizadə finala çıxmaq uğrunda mübarizə aparacaq. Hazırda ölkə xaricində olan "Neftçi"nin üzvləri Səfurə Əlizadəyə dəstək olmaq üçün xüsusi kompaniya hazırlayıblar.
Millinin oyunlarını izləmək məqsədilə Avstriyada olan baş məşqçi Arif Əsədovla Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu, həmçinin İtaliyanın Arpino şəhərində olan icraçı direktor Mübariz Xudiyev və orada keçirilən "Ciociaria World Cup-4" turnirində iştirak edən "Neftçi"nin 17 yaşlılardan ibarət komandasının üzvləri "Eurovision"dakı təmsilçimizə səs göndərəcəklər. Bu müsabiqədə Səfurə Əlizadənin birinci yeri tutacağına və "Eurovision"un gələn il Azərbaycanda keçiriləcəyinə inanırıq.

0
0