Zeynal Məmmədov: Yaxın günlərdə yeni baş məşqçimiz müəyyənləşəcək
27.05.2010 - 01:34
“Latviya yığma komandasının baş məşqçisi Aleksandr Starkovla danışıq aparmırıq. Bu haqda sadəcə, mətbuatda oxumuşam. Elə bir şey yoxdur. Düzdür, danışıq apardığımı mütəxəssislər var. Ancaq ad çəkmək hələ tezdir. Yaxın günlərdə hər şey dəqiqləşəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.
Paytaxtın eyniadlı komandasının rəsmisi baş məşqçi məsələsinə yaxın günlərdə aydınlıq gətirəcəklərini, bundan başqa, planlarında müqaviləsi başa çatan yerli oyunçuları komandada saxlamağın, ancaq bunun reallaşmasının həmin futbolçulardan da asılı olduğunu bildirib: “Cəmşid Məhərrəmov, Elvin Əliyev, Mahmud Qurbanov, Rəfael Əmirbəyov kimi yerli oyunçuları komandada saxlamaq istəyirik. Onlara müqavilə təklif edəcəyik. Amma onların qərarlarından da çox şey asılıdır”.
Qeyd edək ki, “Bakı” yeni mövsümün hazırlığına iyunun 10-da start verməyi planlaşdırıb. Təlim-məşq toplanışı keçirmək üçün komanda ölkə xaricinə çıxacaq. Ancaq hələlik həmin məkanın adı dəqiqləşməyib.

0
0