Azərbaycan çempionu MOİK-lə qarşılaşacaq
27.05.2010 - 01:46
Unibank Premyer Liqasının qalibi olan və ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “İnter” təlim-məşq toplanışını Bolqarıstanda keçirəcək. apasport.az saytının xəbərinə görə, iyunun 13-də adıçəkilən ölkəyə yola düşəcək paytaxt təmsilçisi Şərqi Avropa ölkəsində bir neçə yoldaşlıq oyunu keçirəcək. Sparrinq-rəqiblərdən artıq birinin adı müəyyənləşib. Belə ki, son çempion Sofiya MOİK-i ilə qarşılaşacaq. Bu haqda Bolqarıstan mətbuatında xəbərlər yer alıb.
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0