“Simurq”da maliyyə problemi
27.05.2010 - 02:13
“Simurq”da maliyyə problemi
Zaqatalanın "Simurq" klubunda maliyyə problemi yaranıb. Apasport.az saytının məlumatına görə, rəhbərlik futbolçularının son iki aylıq maaşını ödəməyib.

Ötən mövsümün bürünc mükafatçısı "Simurq" cari çempionatda ilk "altılıq"dan kənarda qaldı. Bu uğursuzluq rəhbərliyin komandaya münasibətinin dəyişməsinə səbəb olub. Son 6 ayda ikinci dəfədir ki, futbolçuların maaşlarında belə gecikmələr baş verir.

Ümumiyyətlə, Zaqatala klubunda qeyri-müəyyənlik davam etməkdədir. Belə ki, komandanın gələn mövsüm üçün baş məşqçisi və hədəfləri bəlli deyil.

Komanda ilə müqaviləsi başa çatan hazırkı baş məşqçisi Roman Pokora mayın 22-də vətəni Ukraynaya gedib.