Ceyhun Sultanovla Ramazan Abbasov “Xəzər-Lənkəran”a lazım olmadı
27.05.2010 - 09:54
“Xəzər-Lənkəran” klubunda “təmizləmə” əməliyyatı davam edir. Apasport.az saytının məlumatına görə, 2009/10 mövsümünü mükafatsız bitirən lənkəranlılar daha iki futbolçuya “qapını göstərib”.
Əvvəl legionerlər Tihon Şışov və Tomaş İnemanla əməkdaşlığa son verib, müqaviləsi başa çatan Denis Kalinkovla anlaşmanı yeniləməyən “Xəzər-Lənkəran” yerli futbolçularla da bağlı seçimini edib. Klub rəhbərliyi Ramazan Abbasov və Ceyhun Sultanovla yollarını ayırıb.
Qeyd edək ki, “Xəzər-Lənkəran” mövsümlərarası fasilədə 4 futbolçunun transferini gerçəkləşdirib. Bir müddət əvvəl heyətə qatılan Vurğun Hüseynovun ardından Xaqani Məmmədov, Asif Məmmədov və Tural Cəlilovun da yeni mövsümdə cənub təmsilçisində oynayacağı rəsmiləşib.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0