Azərbaycandan qovulanlar Subaşiçlə görüşdü
27.05.2010 - 10:16
Azərbaycandan qovulanlar Subaşiçlə görüşdü
Azərbaycan Premyer Liqasında çıxış etmiş futbolçuların şərəfini qoruduğu Estoniya yığması növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Tarmo Ruutlinin yetirmələri öz meydanlarında Xorvatiya yığmasını qəbul edib. Estoniyalılar güclü rəqiblə sınaqdan üzüağ çıxa bilib - 0:0. Bir müddət əvvəl Azərbaycan klublarından qovulan Tihon Şişov və Taavi Rahn bu qarşılaşmada əvəz olunmadan meydanda olub. Son mövsümdə müvafiq olaraq “Xəzər-Lənkəran” və “Neftçi”də çıxış edib heyətdən kənarlaşdırılan müdafiəçilərdən fərqli olaraq, ölkəmizdə qalası olan Dmitri Kruqlova meydanda yer tapılmayıb. Ruutli “Neftçi”nin yarımmüdafiəçisini, həmçinin bakılıların hələ qışda qovduğu Andrey Stepanovu ehtiyat oyunçular skamyasında saxlayıb.

Qeyd edək ki, bu oyunda Xorvatiya yığmasının qapısını Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiçin həmsoyadı Daniel qoruyub.