Toni Adams Moldovaya futbolçu seçməyə gedib
27.05.2010 - 10:22
“Qəbələ” klubunun yeni baş məşqçisi Toni Adams Moldovaya səfər edib. Apasport.az saytının məlumatına görə, ingilis çalışdırıcı Moldova və Azərbaycanın 21 yaşlılardan ibarət yığmalarının bu gün Kişinyovda “Zimbru” stadionunda Bakı vaxtı ilə saat 20:00-da başlayacaq yoldaşlıq görüşünü tribunadan izləyənlər arasında olacaq.
Gənc futbolçular, legionerlər almaq istəyən Adamsın hər iki yığmadan, o cümlədən Moldovadan bir neçə futbolçunu gözaltı edib, onların mövsümlərarası fasilədə keçidinin həll edilməsi ilə bağlı rəhbərliyə məsləhət verəcəyi gözlənilir.
Qeyd edək ki, “Qəbələ”dən Bernard Lippertin baş məşqçisi olduğu yığmamızda futbolçu yoxdur. Komandanın orada yeganə təmsilçisi Vurğun Hüseynov idi ki, artıq “Xəzər-Lənkəran”a keçən müdafiəçi hazırda milli komandamızın Avstriyadakı hazırlıq prosesindədir.

0
0