Rəşad Sadıqov: Onun necə həyəcan keçirdiyini mən yaxşı bilirəm
27.05.2010 - 10:24
“Oyuna çox yaxşı başladıq və qol vurduq. Normal oyun gedirdi. Hər iki komanda hücumlar təşkil edirdi”. Bu sözləri Moldova ilə yoldaşlıq görüşündən (1:1) sonra apasport.az saytının Avstriyaya ezam olunan müxbiri ilə söhbətində Azərbaycan yığmasının müdafiəçisi Rəşad Sadıqov deyib.
Milli komandamız Avstriyada təşkil olunan təlim-məşq toplanışında ilk yoldaşlıq görüşündə qüvvəsini sınadı. Amma hesabı açmasına baxmayaraq, moldovalılarla görüşdə qalib müəyyənləşmədi: “Qol epizodu vermədən, qapımızdan top buraxdıq. Hiss olunurdu ki, həmin futbolçu cərimə zərbələrini yaxşı yerinə yetirir. Onun vurduğu zərbə düz “doqquzluğ”a getdi. Görünür, qismət belə imiş”.
Sadıqov yığmanın kapitanı ki, Ruslan Abışovun yeni mövqedə, Vurğun Hüseynovun isə millidə ilk dəfə oynamasına da münasibət bildirib: “Fikrimcə, Ruslan dayaq yarımmüdafiəçisi kimi çox yaxşı çıxış etdi. Vurğun Hüseynov isə yığmada ilk oyununu keçirdi. Onun hansı həyəcan keçirdiyini mən yaxşı bilirəm. Buna baxmayaraq, oyunu çox yaxşı alındı”.

0
0