“Neftçi” İtaliyada böyük hesabla qalib gəldi
27.05.2010 - 10:33
“Neftçi” İtaliyada böyük hesabla qalib gəldi
İtaliyada keçirilən “Ciociaria World Cup-4” turnirində ikinci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edən “Neftçi”nin 17 yaşlılardan ibarət komandası yarışda ilk qələbəsini qazanıb.

Meydan sahibləri Arpino şəhərinin eyni adlı komandası ilə görüşən futbolçularımız böyük hesablı qələbəyə sevinib - 3:0. Komandamızın qollarını 15-ci dəqiqədə Ağabala Ramazanov, 28-ci dəqiqəyə Ruslan Tağızadə və 43-cü dəqiqədə Məqsəd İsayev vurublar.

Komandamızın yer aldığı D qrupunda keçirilən digər matçda İtaliyanın “Bari” və Serbiyanın “Partizan” klubları qarşılaşıb. Bu görüşdə qapılara qol vurulmayıb. İki turdan sonra bütün göstəriciləri eyni olan “Neftçi” və “Bari” qrupda şərikli liderlik edir. Bu gün saat 19:30-da keçiriləcək son turun matçında da bu iki komanda üz-üzə gələcək.

1

Bari

2

1

1

0

4-1

4

2

Neftçi

2

1

1

0

4-1

4

3

Partizan

2

0

2

0

1-1

2

4

Arpino

2

0

0

2

1-7

0