“Mənim öz oyunumdan razı qalacağım görüşlər hələ qabaqdadır”
27.05.2010 - 10:45
“Düzünü desəm, baş məşqçinin bu qarşılaşmada mənə şans verəcəyini gözləyirdim. Mən də meydana çıxıb əlimdən gələni etməyə çalışdım”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Vurğun Hüseynov deyib.
Milli komandamızın Avstriyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində Moldova ilə yoldaşlıq görüşündə debüt edən Hüseynov özünü xoşbəxt sayır: “Milli komandada ilk oyunumu keçirdiyim üçün çox xoşbəxtəm. İnşallah, qarşıdakı görüşlərdə də şans qazansam, milli komandanın yaxşı nəticə qazanması üçün əlimdən gələni edəcəyəm”.
Hüseynov yığmada debüt etsə də, ilk oyunu barədə danışmaq istəməyib: “Mənim öz oyunumdan razı qalacağım qarşılaşmalar hələ qabaqdadır. Bu görüş barədə nəsə deyə bilmərəm. Çünki birinci dəfə idi əsas yığmanın formasını geyinirdim”.

0
0