Joze Mourinyo rəsmən “Real”ın baş məşqçisi oldu
27.05.2010 - 10:59
Joze Mourinyonun Madridin “Real” klubunun baş məşqçisi təyin olunması rəsmiləşib. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun prezidenti Florentino Peres 47 yaşlı portuqaliyalı mütəxəssisin yeni baş məşqçiləri olduğunu rəsmən bəyan edib.
Ötən mövsüm İtaliyanın “İnter” klubuna ölkə çempionluğu, kuboku və Çempionlar Liqasını qazandıran Mourinyo istefaya göndərilən çilili həmkarı Manuel Pelleqrinini əvəzləyib. Peresin sözlərinə görə, son bir neçə həftədə baş məşqçi ilə bağlı xeyli müzakirələr apardıqdan sonra dəyişikliyi vacib sayıblar: “Biz Pelleqrini və onun köməkçilərinə klubumuz üçün etdikləri hər şeyə görə minnətdarıq. O, öz peşəkar səviyyəsini Madriddə bir daha təsdiqlədi. Komandamızın yüksək səviyyədə rəqabət aparması üçün ötən il misilsiz güc sərf etdik. Artıq uzun yol keçmişik, ancaq irəlidə hələ çox şey var. Klubun, rəhbərliyinin, azarkeşlərinin məqsədi müasirliyə, Avropada qələbə və liderliyə can atmaqdır. Klubun idarə heyətinin bütün üzvləri Mourinyonun namizədliyini dəstəklədi. Bizə dünyanın ən yaxşı məşqçilərindən biri gəlir. Biz əminik ki, Mourinyo yaxın bir neçə ildə bizi gözəl nəticələrlə sevindirəcək. Jozeni dəvət etmək imkanını əldən buraxa bilməzdik. Axı “Real”a sabitlik lazımdır. Klubumuz təkcə Avropada yox, bütün dünyada lider olmalıdır”.
Qeyd edək ki, “İnter”dən müqaviləsini pozaraq gedən Mourinyo “Real”la 3 illik anlaşıb. O, bu müddətdə ümumilikdə 30 milyon avro qazanacaq.

0
0