Ruslan Abışov: Bu mövqedə bir az çətinlik çəkdim
27.05.2010 - 11:10
“Birinci hissədə yaxşı oynadıq. Amma ikinci 45 dəqiqədə oyunumuz istədiyimiz kimi alınmadı. Yəqin ki, bu da bir az arxayınçılıqla bağlı idi”. Bu sözləri Moldova yığması ilə yoldaşlıq görüşündən sonra apasport.az saytının Avstriyaya ezam olunan müxbiri ilə söhbətində Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov deyib.
Yığmamızın baş məşqçisi Berti Foqts Abışovu bu qarşılaşmada dayaq yarımmüdafiəçisi mövqeyində sınadı. Bu mövqedə heç də çətinlik çəkmədiyini bildirən Abışovun fikrincə, növbəti oyunlarda özünü daha yaxşı tərəfdən göstərəcək: “Çoxdandır dayaq yarımmüdafiəçisi mövqeyində oynamırdım. Bir az çətinlik çəkdim və yəqin elə buna görə də zədələndim. Bu mövqedə oynamağa heç bir problem görmürəm, sadəcə uyğunlaşmaq lazımdır. Oyuna gəlincə, heyətimizdə yeni futbolçu da var idi. Baş məşqçimiz həm də onu yoxladı. Qarşıdakı Makedoniya və Hondurasla yoldaşlıq görüşlərində bundan daha yaxşı oynayacağıq”.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0