Elvin Məmmədov - “5”
27.05.2010 - 11:40
Azərbaycan milli komandasının Moldova yığması ilə yoldaşlıq oyunu Elvin Məmmədov üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi bu oyunda hesabı açmaqla milli komandada vurduğu qolların sayını 5-ə çatdırıb. O, yığmamızın buna nail olan, yəni ən azı 5 dəfə fərqlənən 9-cu oyunçusu olub. Eyni sayda qola imza atan digər 5 futbolçu ilə müqayisədə az oyun keçirən Elvin bombardirlər siyahısında 4-cü pilləyə yüksəlib. Məmmədov çıxış etdiyi “Qarabağ” klubundakı baş məşqçisi Qurban Qurbanovun başçılıq etdiyi siyahıda Branimir Subaşiç və Zaur Tağızadədən artıq 1 qol geri qalır.
Azərbaycan milli komandasında 5 və daha çox qol vuranlar
Vüqar XEYRULLAYEV

yer | futbolçu | oyun | qol |
1 | Qurban Qurbanov | 67 | 14 |
2 | Branimir Subaşiç | 26 | 6 |
3 | Zaur Tağızadə | 40 | 6 |
4 | Elvin Məmmədov | 19 | 5 |
5 | Nazim Süleymanov | 24 | 5 |
6 | Vaqif Cavadov | 28 | 5 |
7 | Fərrux İsmayılov | 34 | 5 |
8 | Vidadi Rzayev | 38 | 5 |
9 | Vyaçeslav Lıçkin | 45 | 5 |
Vüqar XEYRULLAYEV
0
0