Rauf Əliyev: Mənə hələ oynamaq lazımdır
27.05.2010 - 12:23
“Yoldaşlıq görüşü olduğundan, hesab əhəmiyyətli deyildi. Bizim üçün əsas özümüzü göstərmək idi. Çünki qarşıdan Avropa çempionatının oyunları gəlir. Buna yaxşı hazırlaşmalıyıq”. Bu sözləri Moldova ilə yoldaşlıq görüşündən sonra apasport.az saytının Avstriyaya ezam olunan müxbiri ilə söhbətində Azərbaycan yığmasının futbolçusu Rauf Əliyev deyib.
Milli komandamızın Moldova ilə 1:1 hesabı ilə bitən yoldaşlıq görüşündə ən fəal futbolçulardan olan Əliyev rəqib müdafiəçiləri tez-tez narahat edirdi. Elə oyundan sonra da yığmamızın baş məşqçisi Berti Foqts Raufun sərgilədiyi oyundan razı qaldığını bildirdi. Amma gənc hücumçunun fikrincə, daha yaxşı oynaması üçün hələ çalışmalıdır: “Meydanda əlimizdən gələni etdik. Foqtsun məndən razı qalmasına gəlincə, düşünürəm ki, mənə hələ oynamaq lazımdır”.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0