Futbolçu meydanda 3,6 litr qan itirdi
27.05.2010 - 13:19
İrlandiya milli komandasının futbolçusu Şeyn Daff məşq vaxtı aldığı zədə nəticəsində 3,6 litr qan itirib. Lent.az-ın “Sky Sports”a istinadən verdiyi məlumata görə, 18 yaşlı müdafiəçi qapıçı Edrian Uolşla toqquşub və qaraciyər arteriyası qırılıb.
Xəstəxanaya çatdırılan Daff təcili əməliyyat olunub. Hazırda onun həyatı üçün təhlükə yoxdur. Həkimlər əvvəlcə futbolçunun karyerasını davam etdirməsindən ehtiyatlanırdılarsa, artıq onun 3-4 aydan sonra məşqlərə başlaya biləcəyini düşünürlər. İrlandiya yığmasının baş məşqçisi Covanni Trapattoni, köməkçisi Marko Tardelli və kapitan Robbi Kin hazırda xəstəxanada olan Daffa baş çəkiblər.
Qeyd edək ki, Şeyn Daff İngiltərənin “Everton” klubunda çıxış edir. O, yeniyetmə və gənclərdən ibarət yığmalar səviyyəsində Şimali İrlandiyanın şərəfini qorusa da, ilk dəfə idi ki, əsas milliyə çağırılırdı.

0
0