Azərbaycan milli komandası Səfurə Əlizadəni Avstriyadan dəstəkləyəcək
27.05.2010 - 14:00
Azərbaycan milli komandasının üzvləri Norveçin paytaxtı Osloda keçirilən 55-ci “Eurovision” müsabiqəsində ölkəmizi təmsil edən Səfurə Əlizadəyə dəstək verəcək.
Apasport.az saytının Avstriyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu ölkədə olan milli komandamızın üzvləri, AFFA-nın rəsmiləri, nümayəndə heyətimiz bu axşam ikinci yarımfinalda çıxış edəcək gənc müğənnimizə dəstək olmaq üçün hazırlığa başlayıb. Belə ki, həmyerlilərimiz Avstriyada aldıqları mobil telefon nömrələrindən Səfurəyə səs göndərəcəklər. AFFA rəhbərliyi bununla bağlı lazımı işləri görür. Təmsilçilərimiz inanır ki, ölkə xaricindən göndəriləcək səslər Səfurənin müsabiqədə uğur qazanmasına, böyük səbirsizliklə gözlədiyimiz 1-ci yeri tutmasına kömək olacaq. “Neftçi” və “Olimpik-Şüvəlan” klublarının rəhbərliyi də hazırda Avstriyadadır. Seleksiya işləri ilə məğlub olan klub nümayəndələri də Səfurəyə dəstəyini nümayiş etdirəcək.
Qeyd edək ki, ikinci yarımfinal bu gün Bakı vaxtı ilə 00:00-da başlayacaq. Səfurə mayın 29-da keçiriləcək finala çıxmaq üçün ilk onluğa düşməlidir.

0
0