“Olimpik-Şüvəlan” klubunun çətirli rəhbərliyi - FOTO
27.05.2010 - 16:30
Bakının “Olimpik-Şüvəlan” klubu yeni mövsümü üçün futbolçu axtarışlarına başlayıb. Apasport.az saytının Avstriyaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, paytaxt təmsilçisinin rəhbərliyi bu məqsədlə yollandığı ölkədə işə başlayıb. “Olimpik-Şüvəlan”ın prezidenti Vaqif Qasımov, onun oğlu, klubun meneceri İlkin Qasımov və baş məşqçi Nazim Süleymanov artıq Mərkəzi Avropa ölkəsində bir oyunu da izləyə bilib. Azərbaycan milli komandasının Moldova yığması ilə yoldaşlıq oyununu izləyən bakılıların əhvalını 1:1 hesabı ilə bitən matçda yağış korlayıb. Bu səbəbdən Avstriya səfəri zamanı onlar çətirlə gəzməyə məcbur olublar.
- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0