Foqts futbolçuları gəzməyə göndərdi
29.05.2010 - 12:15
Foqts futbolçuları gəzməyə göndərdi
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Makedoniya yığması ilə bu gün keçiriləcək yoldaşlıq oyunu ərəfəsində futbolçularını yükləmək istəməyib.

Apasport.az saytının yığmamızın təlim-məşq toplanışını keçirdiyi Avstriyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, 64 yaşlı mütəxəssis yetirmələrinin gəzintiyə çıxmasını məsləhət bilib. Foqts bunun oyun ərəfəsində faydalı olacağı qənaətindədir. Bu məqsədlə də futbolçularına iki saatlıq istirahət verərək, kurort şəhəri olan Bişofshofeni gəzməyə göndərib.

Qeyd edək ki, Azərbaycan - Makedoniya oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.