Adrian Neaqa “Bakı”, “Qarabağ” və ya “Xəzər-Lənkəran”da...
29.05.2010 - 12:34
“Viktor Pitsurka “Styaua”nın baş məşqçisi postuna ideal namizəddir. Lakin o da məni bu komandaya qayıtmağa inandıra bilməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniya milli komandasının sabiq futbolçusu Adrian Neaqa deyib.
Bir müddət əvvəl ilyarım çıxış etdiyi Bakının “Neftçi” klubundan kənarlaşdırılan hücuma meylli yarımmüdafiəçi ölkəsinin ən adlı-sanlı klubu “Styaua”ya keçmək variantını özü üçün məqbul saymır: “Styaua” Rumıniya futbolunun məbədidir. Mən bu komandanı çox sevirəm, ürəyim də bu məbəddədir. Lakin ürəklə deyil, başla qərar verəcəyəm”.
Son mövsümdə vurduğu 11 qolla “Neftçi”nin ən məhsuldar futbolçusu olan Neaqa yenidən Azərbaycana qayıtmaq istəyir: “Avrokuboklarda çıxış edəcək Azərbaycan klublarından biri ilə danışıqlar aparıram. Onlar qarşıdakı mövsümdə Avropa Liqasında mübarizə aparacaqlar. Azərbaycanlılarla danışığımız baş tutmasa, karyeramı vətəndə davam etdirəcəyəm. Xidmətimdə maraqlı olan “Unirea”ya, yoxsa Azərbaycana keçəcəyimə gələn həftə aydınlıq gələcək. Bu klubun prezidenti Mihay Stoyka ilə maaş məsələsini də razılaşmışıq. Lakin “Unirea”ya yalnız Azərbaycan təmsilçisi ilə anlaşmayacağımız halda keçəcəyəm”.
Qeyd edək ki, Azərbaycanı Avropa Liqasında “Bakı”, “Xəzər-Lənkəran” və “Qarabağ” təmsil edəcək. Adriana “elçi” düşən klubumuz da bu 3 komandadan biridir. Neaqa ilə razılığa gələn “Unirea” isə Rumıniyanın vitse-çempionu kimi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

0
0