Yığmamızın Makedoniya ilə oyununun hakimləri bəlli oldu
29.05.2010 - 13:50
Bu gün keçiriləcək Azərbaycan – Makedoniya matçını idarə edəcək hakimlər müəyyənləşib. Avstriyadakı təlim-məşq toplanışının Moldova ilə ilk oyununda olduğu kimi, yenə ədaləti yerli hakimlər qoruyacaq.
Apasport.az saytının Avstriyaya ezam olunan müxbirinin məlumatına görə, Bişofshofen şəhərindəki qarşılaşmanı Ditmar Drabek idarə edəcək ki, bu 45 yaşlı avstriyalı futbolçularımız üçün uğursuzluq rəmzlərindən sayılır. 13 ildir FİFA hakimi olan Drabek indiyədək iki dəfə Bakıya gəlib və hər iki halda qonaqların qələbəsinə şahidlik edib. Özü də hər iki halda güclü olmayan uelslilərin.
2001/02 mövsümünün Çempionlar Liqasının təsnifat mərhələsində hamının “Şəmkir”in “Barri Taun”u keçəcəyini gözlədiyi vaxtda təmsilçimiz uğursuzluğa düçar oldu. 2001-ci ilin yayında – Drabekin Bakı səfəri Ağasəlim Mircavadovun istefasına səbəb olmuşdu. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada 0:1 hesabı ilə uduzan şəmkirlilər bu görüşdən sonra baş məşqçisiz qaldı. Təxminən bir il sonra Drabek yenə Bakının qonağı oldu. Bu dəfə 21 yaşlılarımız Uelslə qarşılaşırdı. “Şəfa” stadionundakı matçda da qonaqlar qalib oldu – 0:1.
Qeyd edək ki, Drabekə həmyerlililəri Ştefan Kuhr, Klemens və Manuel Şuttenqruber yardım edəcəklər.

0
0