Şahin Diniyev “Trabzonspor” klubu ilə görüşəcək
31.05.2010 - 12:16
Azərbaycan milli komandasının sabiq çalışdırıcısı Şahin Diniyevin məşqçisi olduğu Rusiyanın “Terek” klubu Türkiyəyə gedəcək. Apasport.az saytının məlumatına görə, Qroznı təmsilçisi DÇ-2010-la əlaqədar çempionatda yaranan fasilə ilə bağlı məzuniyyətini başa vuraraq, Kislovodskda “Skala” pansionatında yığışıb.
“Terek” iyunun 11-dək şəhər mərkəzi stadionunda yüngül məşqlər keçəcək. Növbəti gün isə Türkiyəyə səfərə çıxacaq komanda Antalyada dağ ətəyində yerləşən hotellərin birində məskunlaşacaq. Qroznılılar iyunun 26-dək keçiriləcək təlim-məşq toplanışında üç yoxlama oyunu keçirməyi nəzərdə tutub. Rəqiblər Türkiyə kubokunun son qalibi “Trabzonspor”, Moldovanın ən titullu klubu “Şerif” və Rusiya Premyer Liqasının təmsilçisi “Alaniya”dır.

0
0