Tunc Afşar: “Bakı”nın voleybol komandasının yaradılması dəqiqləşməyib
31.05.2010 - 17:20
“Yeni yaradılacağı nəzərdə tutulan voleybol üzrə qadınlardan ibarət “Bakı” komandasının Azərbaycan çempionatında çıxışı hələ tam dəqiqləşməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Tunc Afşar deyib.
Türkiyəli menecer hətta bu klubun voleybol komandasının yaradılmasının sual altında olduğunu da bildirib: “Ola bilər ki, belə bir klub yaradılmasın və ölkə birinciliyində iştirak etməsin. Onun formalaşması üçün klub prezidenti Hafiz Məmmədovla danışıqlarımız olacaq. Bu həftənin içində baş tutacaq söhbətdən sonra “Bakı”nın voleybol komandasının taleyinə aydınlıq gələcək”.
Tunc Afşar futbol komandasında da qalıb-qalmayacağını klubun prezidenti ilə danışıqlardan sonra dəqiqləşəcəyini deyib.
Qeyd edək ki, 2008-ci ildən paytaxt klubunda vitse-prezident işləyən türkiyəli mütəxəssis işlərinin çox olması səbəbindən Bakıdan ayrıla bilər.

0
0