Elvin Məmmədov: Qurbanov, gözləyin çatıram
31.05.2010 - 17:47
Azərbaycan milli komandasının futbolçusu Elvin Məmmədov Branimir Subaşiçlə Zaur Tağızadəyə çatıb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumameylli yarımmüdafiəçi Bakının “Neftçi” klubunda birgə oynamış, hazırda isə yığmadan kənarda qalan futbolçuların qol göstəricisini təkrarlayıb. Ancaq Elvinin Branimirlə Zaurdan yığmada üstün olan cəhəti var. Məsələ ondadır ki, Məmmədov həmin 6 qolu onlardan az oyunda vurub. Ümumiyyətlə, Elvin orta məhsuldarlıqda ən yüksək göstəricilərə görə malik futbolçulardandır. Buna görə də onun bombardirlər siyahısında daha iki pillə irəliləyərək, 2-ci yerə yüksəldiyini deməliyik.
İndi Məmmədova klubundakı baş məşqçisinə çatmaq qalır. Belə ki, “Qarabağ”ın 38 yaşlı çalışdırıcısı Qurban Qurbanov milli komandamızın 18 illik tarixində ən sərrast oyunçudur. Baş məşqçisindən 8 qol geridə qalan Elvinin belə gedişlə nəinki Qurbanova çatmaq, hətta onu ötmək şansı kifayət qədər realdır.
Qeyd edək ki, yığmamızın Avstriyada keçirdiyi yoldaşlıq görüşlərində vurduğu hər iki qolun müəllifi Elvindir.
Azərbaycan milli komandasında 5 və daha çox qol vuranlar
Mehman SÜLEYMANOV

yer | futbolçu | oyun | qol |
1 | Qurban Qurbanov | 67 | 14 |
2 | Elvin Məmmədov | 20 | 6 |
3 | Branimir Subaşiç | 26 | 6 |
4 | Zaur Tağızadə | 40 | 6 |
5 | Nazim Süleymanov | 24 | 5 |
6 | Vaqif Cavadov | 28 | 5 |
7 | Fərrux İsmayılov | 34 | 5 |
8 | Vidadi Rzayev | 38 | 5 |
9 | Vyaçeslav Lıçkin | 45 | 5 |
Mehman SÜLEYMANOV
0
0