Rauf Mehdiyev özünə yeni klub tapdı
03.06.2010 - 17:32
Rauf Mehdiyev özünə yeni klub tapdı
Azərbaycan milli komandasının qapıçısı Rauf Mehdiyevin karyerasını davam etdirəcəyi klub müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı qapıçı Salyanın “Muğan” klubuna keçib. Rauf bu gün yeni komandası ilə bir illik müqavilə imzalayıb. Bosniyalı Edis Kurtanoviçlə yollarını ayırandan sonra heyətində qapıçı yalnız Amil Ağacanov olan “Muğan” təcrübəli yerli qapıçı axtarışında idi.

Qeyd edək ki, Rauf ötən mövsümün ilk dövrəsini “Simurq”da, ikinci yarısını “Karvan”da keçirib. O, birinci liqaya düşən Yevlax təmsilçisi ilə başa çatan müqaviləsini uzatmadığından sərbəst futbolçu idi.