Arif Əsədov: Həmin futbolçu ilə danışıqlara başlayırıq
04.06.2010 - 13:21
“Makedoniya yığmasının Rumıniya ilə yoldaşlıq görüşünü izlədim. Bəyəndiyim makedoniyalı futbolçular bizim tələblərə cavab verir. Onlardan biri ilə yaxın günlərdə danışıqlara başlayacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Makedoniya yığmasının futbolçularını milli komandamızla yoldaşlıq görüşünü izləmək üçün Avstriyaya gedən 40 yaşlı çalışdırıcı 2 oyunçunu gözaltı etmişdi. Onların daha bir oyununu izləməyi lazım bilən Əsədov Makedoniya – Rumıniya görüşünə baxdıqdan sonra fikrini qətiləşdirib: “Əvvəl dediyim kimi, bəyəndiyim dayaq yarımmüdafiəçisi və hücumçudur. Bizə bu mövqelərə futbolçu lazımdır. Artıq onlardan biri ilə klub səviyyəsində danışıqlara başlamağı qərara almışıq. Keçid hələ reallaşmadığından ad çəkmək istəmirəm. İstərdik ki, hər ikisini transfer edək. Görək necə olacaq. Mənim işim gedib, futbolçulara baxıb, fikrimi bildirmək idi. Qalan məsələlər rəhbərlik səviyyəsində həll olunacaq. Makedoniyalı futbolçuların nümayəndələri Bakıya gələcək və onlarla müqavilə məsələləri ilə bağlı danışıq olacaq”.
Əsədov Braziliyadan qayıdan nümayəndələrinin gətirdiyi diskləri də izləyib. Onun sözlərinə görə, maraqlandıqları əsasən hücuma meylli oyunçulardır: “Bunların sayı 3-5 arasındadır. Onların komandamıza keçidi danışıqların nəticəsindən asılı olacaq. Çalışacağıq ki, “Neftçi”nin oyun üslubuna legionerləri transfer edək. Yerli transferlərimiz də olacaq. Yığmamızın futbolçuları ilə maraqlanırıq. Mətbuatda müxtəlif oyunçularımızın adları hallansa da, hələ heç kimi transfer etməmişik. Ancaq yerli futbolçu da alacağıq və transferlər reallaşandan sonra məlumat verəcəyik”.
Qeyd edək ki, adı “Neftçi”nin ətrafında hallanan Makedoniya yığmasının üzvlərindən Slavço Georgiyevski dayaq yarımmüdafiəçisi, Mənsur Kurtişi hücumçudur. 30 yaşlı Georgiyevski Kiprin “Etnikos”, 24 yaşlı Kurtişi Avstriyanın “Maqna” klubunda oynayır. Yığmamızla görüşdə Kurtişinin məhsuldar ötürməsini gözəl qola çevirən 23 yaşlı hücumçu İvan Trişovski də Kiprdə oynayır.
Mehman SÜLEYMANOV

0
0