“Liverpul”un azarkeşləri ABŞ bayrağını yandırdılar
04.06.2010 - 14:02
“Liverpul”un azarkeşləri ABŞ bayrağını yandırdılar
İspaniyalı mütəxəssis Rafael Benitesin istefaya göndərilməsinə kəskin etirazlarını bildirən İngiltərənin “Liverpul” klubunun azarkeşləri növbəti aksiyasını keçirib. Apasport.az saytının məlumatına görə, komandanın sahiblərindən narazı olan 500-ə yaxın azarkeş məşhur “Enfild Roud” stadionunun qarşısına toplaşıb.

Benitesə təşəkkürlər əks olunan plakatlarla “silahlanan” fanatlar amerikalı sahibkarlar Corc Cillett və Tom Hiksdən narazılıqlarını ifadə ediblər. Azarkeşlər açıq-aşkar büruzə veriblər ki, əsas məqsəd ispaniyalı məşqçinin müdafiəsi deyil. Onlar klub rəhbərliyinin hər addımını belə qarşılayacaqlarını bəyan ediblər. Mersisaydlı azarkeşlər aksiyanın sonunda ABŞ bayrağın yandırıblar.