FİFA-nın sabiq vitse-prezidenti: Azərbaycanla oyun utandırıcı idi
15.06.2010 - 13:48
Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov milli komandalarının sabiq baş məşqçisi Qus Hiddinki tənqid edib. Apasport.az saytının məlumatına görə, 16 il (1980-1996-cı illərdə) FİFA-nın vitse-prezidenti işləmiş, 2000-ci ildən UEFA İcraiyyə Komitəsinin üzvü olan tanınmış futbol funksioneri Azərbaycan yığması ilə rəsmi oyunlarını yada salıb.
Koloskovun fikrincə, rusların ötən seçmə mərhələdə Bakıda yığmamızı məğlub edə bilməməsi (1:1) utandırıcı nəticədir: “Hiddinklə Hollandiya yığması ilə oyun istisna olmaqla əməlli-başlı bir güclü komandanı uda bilmədik. Almaniya və İspaniyanın hərəsinə iki dəfə uduzduq, İngiltərə, Argentina, Braziliya, hətta İsrailə yenildik. Bu, obyektiv mənzərədir və susmaq olmaz. Yeri gəlmişkən, fikrimcə, susmaq yığmamızın son oyunlarında ən ziyanverici rol oynadı. Hiddinki heç vaxt heç kim tənqid etməyib! Hiddinkin və məşqçilər korpusunun çatışmazlıqlarına diqqət yetirmək, uğursuzluqla bağlı ondan izahat tələb etməklə bağlı bütün cəhdlərim faydasız qaldı. Qorxurdular! Qorxurdular ki, gedəcək, onu qoruyurdular. Bu da sonda belə nəticəyə gətirib çıxardı. İnsana keçmiş xidmətlərinə yox, indiki işlərinə görə qiymət vermək lazımdır. Azərbaycanla oyunu yada salın. İndi hamı həmin utandırıcı görüş haqda susur. Fikirləşirlər ki, keçmişi nə eşələyəsən, stimul elə deyildi, başqa şeylər... Əvəzində Finlandiya üzərində qələbə ilə qəbul olundu ki, sanki Braziliya yaxud İngiltərəni yenmişik. Cəfəngiyyat!”
Qeyd edək ki, ardıcıl ikinci seçmə mərhələdir yığmamıza rəqib olan Hiddink bu dəfə Türkiyə yığmasının çalışdırıcısıdır.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0