Surkis yığmamıza qarşı oynayan futbolçuya qiymət verdi
15.06.2010 - 14:17
Surkis yığmamıza qarşı oynayan futbolçuya qiymət verdi
Kiyevin “Dinamo” klubunun prezidenti İqor Surkis yeni transferləri Qoran Popovun Azərbaycan yığması ilə yoldaşlıq görüşündə oyununu qiymətləndirib.

Apasport.az saytının məlumatına görə, Surkis makedoniyalı müdafiəçinin yığmasının heyətində Avstriyada millimizə 3:1 hesabı qalib gəldikləri oyunda hücuma qoşulmasını qeyd edib. Onun sözlərinə görə, Popov Azərbaycan və Rumıniya ilə görüşlərdə meydanda fərqli işi icra edib: “Seleksionerlərimiz onun alınması ilə bağlı son qərarı Makedoniya yığmasının son iki oyununda - Azərbaycan və Rumıniya ilə görüşündən sonra qəbul etdi. Popov ilk oyunda daha çox hücuma qoşulurdu, ikincidə isə müdafiədə hərəkət edirdi. Buna görə də Qoranın oyunu ilə bağlı tam təsəvvürümüz yarandı. Bu, həm oynadığı “Herenven” klubunun heyətində Hollandiya çempionatında, həm də yığma səviyyəsində oldu. İndi ümid edirik ki, Popov heyətimizə tez uyğunlaşacaq və bizə az fayda verməyəcək”.

Qeyd edək ki, Qoran yığmamızla oyunda 90 dəqiqə meydanda olub.