“Xəzər-Lənkəran” rəhbərliyində dəyişiklik
16.06.2010 - 12:18
“Xəzər-Lənkəran” klubunun rəhbərliyində dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, komandanın lisenziyalaşdırma üzrə meneceri Ramiz Kərimov tutduğu vəzifədən ayrılıb. Futbolçu karyerasını Lənkəran təmsilçisində bitirən sabiq qapıçının bu addımı atmasına aldığı təklif səbəb olub.
Belə ki, 29 yaşlı Kərimov “Qəbələ”dən məşqçilər korpusunda yer almaq təklifi alıb. O, baş məşqçi Toni Adamsa təşkilati işlərdə kömək edəcək. İngilis dilini mükəmməl bilən sabiq qapıçı britaniyalı mütəxəssisin tərcüməçisi işləyəcək.

0
0