Yığmamızın sabiq futbolçusu regional liqada qol vurdu
16.06.2010 - 12:45
Yığmamızın sabiq futbolçusu regional liqada qol vurdu
Azərbaycan milli komandasının sabiq futbolçusu Vyaçeslav Lıçkin Rusiyada fərqlənib. Apasport.az saytının məlumatına görə, karyerasını Peterburqun “Neva” klubunda davam etdirən 37 yaşlı yarımmüdafiəçi Şimal-Qərb Regional Liqasında oynayır. Lıçkin komandasının həmin regionun kuboku uğrunda 1/4 finala çıxmağına yardımçı olub. 1/8 mərhələsinin səfərdə 1:3 hesabı ilə uduzan peterburqlular evdə lazım olan nəticəni qazana bilib. Lıçkin 22-ci dəqiqə penalti zərbəsinin dəqiq yerinə yetirməklə, qələbənin təməlini qoyub. “Neva”ya lazım olan qolu Vyaçeslavı əvəzləyən Anton Piroqov 73-cü dəqiqə vurub. Lıçkinin komandası səfərdə daha çox qol vurması hesabına mərhələ adlayıb və indi onu “Sevmaş” klubu ilə sınaq gözləyir.

Qeyd edək ki, Vyaçeslav əvvəllər Rusiyada legioner həyatı yaşayıb, aşağı divizionda Sankt-Peterburqun “Dinamo” klubunda oynayıb. Bu şəhərdə şəxsi evi də olan, Azərbaycan çempionu və kubokunu qazanan futbolçu uzun müddətdir oynamırdı, hətta karyerasını bitirməyi qərara almışdı. Vaxtilə “Neftçi”, “Xəzər-Lənkəran”, “İnter”də oynamış Lıçkinin vətənində son klubu “Simurq” olub.