“Biçər mənə göstərdiyi münasibətə görə peşman oldu”
16.06.2010 - 15:22
“Bülənt Korkmazın vaxtında mütəmadi oynayırdım. Cüneyt Biçer onu əvəzlədikdən sonra əsas heyətdə yerimi itirdim. Mənim mövqeyimdə sırf hücumçunu oynadırdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun yarımmüdafiəçisi Bəxtiyar Soltanov deyib.
O bildirib ki, türk çalışdırıcı Biçər işlədiyi dövrdə ona qarşı mehriban olmayıb: “Biçər nədənsə məni sıxırdı. Amma onun baş məşqçisi postundan gedişi məni sevindirmədi. Çünki mənə qarşı aqressiv mövqe tutduğu üçün son zamanlar peşman olmuşdu”.
Soltanov klubun baş məşqçisi postuna yeni təyin olunan Vinfred Şafer barədə də danışıb. 21 yaşlı yarımmüdafiəçi yeni məşqçisi ilə bağlı ətraflı məlumata malik olmadığını vurğulayıb: “Komandamızda futbolu bilən adamlar çalışır. İnanıram ki, onlar düşünüb-daşındıqdan sonra düzgün qərar çıxarıblar. Düzü, Şaferlə bağlı ətraflı məlumata malik deyiləm. İnşallah, yaxın gələcəkdə onunla tanış olacağam. Şaferin "Bakı"ya uğur qazandıracağına inanıram”.
Qeyd edək ki, Bəxtiyar “Bakı” klubunun yetirməsidir. O, 2007-ci ildən bu komandanın əsas heyətində çıxış edir.

0
0