Avropa Liqasında 14 azərbaycanlı futbolçu
16.06.2010 - 16:12
Avropa Liqasında 14 azərbaycanlı futbolçu çıxış edəcək. Apasport.az saytının məlumatına görə, çimərlik futbolu üzrə milli komandamızın qitə miqyaslı turnirdə çıxış edəcəyi heyəti açıqlanıb.
Yığmanın baş məşqçisi Emil Cabbarov iyulun 2-dən 4-dək İtaliyanın Liqnano şəhərində baş tutacaq Avropa Liqasında 14 futbolçuya güvənəcək. Bunlar Elşad Quliyev, Müslüm Hüseynov, İlham Əzizzadə, Elvin Quliyev, Hikmət Bağırov, Emin Kürdov, Renat Sultanov, Zeynal Zeynalov, Seymur Məmmədov, Asif Zeynalov, İlqar Abdulov, Namiq İsgəndərov, Elnur Əhmədov və İlkin Hacıyevdir. Bu heyət iyulun 11-dən 18-dək İtaliyanın Bibiano şəhərində keçiriləcək dünya çempionatın seçmə mərhələsinin oyunlarında da millimizin şərəfini qoruyacaq.
Mənbə: affa.az

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0