“Şaxtyor”la oyundan sonra legionerlərlə bağlı qərar verəcəyik” - MÜSAHİBƏ
16.06.2010 - 16:35
Almaniyada təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- Hazırlığınız necə gedir?
- Hər şey qaydasındadır, plan üzrə işləyirik. Bu gün Donetsk “Şaxtyor”u ilə yoxlama oyunu keçirəcəyik. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
- Digər yoxlama oyunları ilə bağlı dəyişiklik yoxdur?
- İyunun 23-dəki matçla bağlı dəyişiklik ola bilər. İkinci oyunumuz 19-u Avstriyanın “Rid” klubuna qarşı olacaq. Üçüncü görüşlə bağlı danışıqlar davam edir.
- Belə çıxır ki, Almaniyanın aşağı divizion təmsilçisi “Burqhauzen” klubu ilə qarşılaşma baş tutmayacaq?
- Hələ bilinmir.
- Başqa variant var?
- Bəli. Bu işlərlə məşğul olan menecerdə siyahı var.
- Legionerlərinizin hamısı hazırlığa qatılıbmı?
- Bu gün gələcəklər.
- Hamısı gələcək? Deyilənə görə, nigeriyalı hücumçumuz Emeka Oparanın Almaniyaya yollanmasında problem yaranıb...
- Opara Bakıdadır, onun viza məsələsi ilə məşğul olurlar. Çalışırlar ki, bu problemi tez həll etsinlər. Bilirsiniz, Şengen vizasını almaq çox çətindir.
- Legionerlərdən kiminsə komandadan getmək variantı var?
- Yox. İndi bizim üçün əsas Avroliqaya iştirak ərizəsini müəyyənləşdirməkdir. Buna görə tələsirik.
- İştirak ərizəsini iyunun 18-də UEFA-ya göndərməlisiniz. Yəni vaxt çox azdır. 2 günə heyəti tam komplektləşdirə biləcəksiniz?
- Vaxtımız həqiqətən çox azdır. Ancaq heyətlə bağlı çox məsələləri həll etmişik. “Şaxtyor”la bugünkü oyunda sonra legionerlərlə bağlı qərarımızı verəcəyik.
- İştirak ərizəsində neçə boş yer var?
- İştirak ərizəmiz niyə boş qalır ki? Orada 25 futbolçunun adını göstərməyə icazə var. Hər oyuna əlavə bir futbolçu sifariş etmək olar. Gərək iştirak ərizəsində yer olsun ki, ora futbolçu daxil edəsən. Tələsməmiş, axtarıb tapmaq lazımdır.
- Biz onu nəzərdə tuturuq ki, köhnə heyətdən neçə futbolçunun qalıb, neçəsini əlavə edəcəyiniz müəyyənləşibmi?
- Elə bunun üzərində işləyirik.
- Ola bilər ki, futbolçularınızdan kimsə iştirak ərizənizdən kənarda qalsın?
- Yox.
- Zədə baxımından problem yoxdur ki?
- Hər şey yaxşıdır, bütün futbolçularımız hazırlaşır.
- “Şaxtyor”un sizə qarşı əsas, yoxsa əvəzedici futbolçularla oynayacağını bilirsinizmi?
- Yox. Onu bilirik ki, 1 saat 10 dəqiqə yol gedəcəyik. “Şaxtyor” Avstriyada məskunlaşıb, biz isə Almaniyada, bu ölkə ilə sərhəddə qalırıq. Ona görə də bir müddət yol getməliyik. Təbii ki, “Şaxtyor”la oyunda əsasən yeni gələnləri yoxlayacağıq. Onları tez bir zamanda sınayıb, qərar verməliyik.
- Avstriyaya gedəcəyiniz gözlənilirdi. Ancaq sonda Almaniyaya üz tutdunuz. Bu, nə ilə bağlıdır?
- Əslində, hər ikisi eyni məkandır, Avstriya ilə sərhədə cəmi 50-60 kilometr məsafə var. Əsas odur ki, şərait yaxşıdır. Meydançalarda yağış yağanda da işləyirik, problem yoxdur. Çox gözəl meydançaları var.
- Almanların bizə qarşı münasibətləri necədir?
- Normal. Burqhauzen adlanan yerdə qalırıq. Şəhər deyil, kiçik qəsəbədir. Böyük bir zal var, dünya çempionatının oyunlarına ordan böyük ekranda baxırıq. Əsasən də Almaniya yığmasının oyunlarına bütün camaat ora gəlir. Qışqırırlar, adama çox ləzzət edir. Almanların yığmalarına azarkeşlik etməsi adamda xoş təsir oyadır. Aralarında gənc oğlan, qızlar da var, yaşlı insanlar da. Ancaq inanın mənə ki, söyüş söyən yoxdur.
- Mundialla bağlı təəssüratlarınız necədir? Çoxları oyunların maraqsız keçməsindən gileylənir...
- Onu nəzərə almaq lazımdır ki, birinci oyunlardır. Əlbəttə, ritmə düşmək lazımdır, bu, adi bir şeydir. Ritmə düşəndən sonra hər şey yaxşı olacaq. Dünən Braziliya yığmasının Şimali Koreya ilə oyununa baxdım. Braziliyalılar qələbə qazansa da, oyunlarının yaxşı olmamağı hiss olunurdu. Onlar güclüdür, topla davranışları əladır. Ancaq nəsə oyunları alınmırdı. İlk oyundur da, buna görə belə olur.
- Avstraliyanı 4:0 hesabı ilə məğlub edən Almaniya yığmasının oyunu xoşunuza gəldimi?
- Deyərdim ki, Avstraliya yığması çox zəif idi. O mənada ki, əsasən müdafiədə səhvləri çox idi, asan qollar buraxdılar. Almaniya yığmasının bu gün güclü olduğu görünürdü. Ancaq deyim ki, onların müdafiəçiləri xoşuma gəlmədi. Argentina yığmasını çox tərifləyirlər. Deyilənə görə, çox yaxşı oynayırlar, ancaq onların oyunlarını görməmişəm.
Mehman SÜLEYMANOV

0
0