Vinfred Şafer “Bakı”nı ilk məşqə çıxardı - FOTO
16.06.2010 - 23:48
Ötən həftə “Bakı” klubu ilə iki illik müqavilə imzalayan Vinfred Şafer komandanı ilk məşqə çıxarıb. Apasport.az saytının xəbərinə görə, klubun bazasında təşkil olunan və komanda üzvləri ilə tanışlıq xarakteri daşıyan məşq 1 saata qədər davam edib.
Hələ də məzuniyyətdən dönməyən legioner futbolçuların yoxluğunda meydana çıxan komanda məşqə 15 nəfərlə qatılıb. Futbolçular isinmə hərəkətindən sonra topla çalışıblar. Baş məşqçi Vinfred Şafer oyunçuların topla necə davrandığına diqqət yetirib.

0
0