Amit Quluzadə: Milli komandanın məsuliyyəti daha çoxdur - MÜSAHİBƏ
17.06.2010 - 00:07
Yığmanın son toplanışına baş məşqçi Berti Foqts bir neçə perspektivli futbolçunu da dəvət etmişdi ki, onlardan biri də Amit Quluzadə idi. U-19-un və U-21-in formasını geyinən 18 yaşlı yarımmüdafiəçi Makedoniya və Hondurasla oyunlarda meydana çıxmaq imkanı da qazandı. Özünü yaxşı tərəfdən göstərməyi bacaran futbolçunun çatışmazlıqları da yox deyildi. Bu da daha çox təcrübəsizliklə bağlı idi. Həm toplanış, həm də klubdakı vəziyyətlə bağlı Amitlə söhbətləşdik.
- Yığmanın düşərgəsində Avstriyada təlim-məşq toplanışında oldun. Hazırlıq barədə nə deyə bilərsən?
- Hər bir futbolçunun özünü göstərməsi, nəyə qadir olduğunu sübut etməsi üçün gözəl mühit yaranmışdı. Təbii ki, toplanışa qatılan hər bir futbolçu sözün yaxşı mənasında bundan faydalanmağa çalışdı. Baş məşqçi də həm oyunlarda, həm də məşq prosesində kimin nəyə qadir olduğunu izlədi. Məncə, toplanış yaxşı keçdi.
- İkinci dəfədir ki, yığmanın toplanışında iştirak edirsən. İlk dəfə İordaniyada oldun. Necə düşünürsən, yığmaya tam uyğunlaşa bilmisənmi?
- Uyğunlaşma baxımından heç bir problem yoxdur. Çünki yığmanın formasını geyinən oyunçuların əksəriyyətini tanıyıram. Bəziləri ilə bir klubda çıxış edirik. Onlar da əllərindən gələn köməkliyi etdilər ki, özümüzü yad hiss etməyək. Ona görə də uyğunlaşma baxımından hansısa çətinliklə qarşılaşmadıq. Sadəcə, yığmanın məsuliyyəti daha çoxdur.
- Yığma 3 yoldaşlıq oyununda gücünü sınadı. Sən oyunlardan ikisində meydana çıxdın. Bəs bu qarşılaşmalar haqqında nə deyə bilərsən?
- İlk dəfə idi yığmanın forması altında meydana çıxırdım. Buna görə baş məşqçi Berti Foqtsa təşəkkür edirəm. Təbii ki, oynamaq şansı qazandıqdan sonra əsas məqsədim baş məşqçinin etimadını doğrultmaq idi. Buna nə dərəcədə nail olduğumu baş məşqçi söyləyə bilər. Oyunlara gəldikdə, pis keçmədi.
- Ancaq həyəcanlı idin...
- Əlbəttə, yığmanın forması altında ilk dəfə meydana çıxdığıma görə, həyəcan var idi. Lakin dəqiqələr keçdikcə, bu həyəcan da yox oldu. Düzdür, yeni olduğuma görə müəyyən qədər anlaşmazlıq olurdu. İnşallah, qarşıdakı oyunlarda bu problem yoluna qoyulacaq.
- İki oyunda meydanda oldun. Hansı görüş daha çətin keçdi?
- Makedoniyaya qarşı oynamaq daha çətin idi. Bu komanda topla daha yaxşı oynayır və bizə öz sahəmizdən pressinq tətbiq edirdi. Hondurasla daha yaxşı oynadıq. Hətta qələbə də qazana bilərdik.
- Səndən başqa da yığmanın heyətində debüt edən oldu. Söhbət Səlahət Ağayevdən gedir. Necə düşünürsən, o, Foqtsun etimadını doğrulda bildimi? Ümumiyyətlə, oyundan sonra baş məşqçi sizə nə dedi?
- Hondurasla oyunda baş məşqçi qapını Səlahətə tapşırdı. Düşünürəm ki, o da belə məsul oyunda özünü yaxşı tərəfdən göstərməyi bacardı. Hər halda yekun qərarı baş məşqçi verəcək. Ancaq Foqts mənə razılığını bildirdi. Məncə, pis olmadı.
- Toplanış sənə nə verdi?
- Ən əsası təcrübəm artdı. Həm gördüklərim, həm də oyunlar zamanı qazandıqlarım gələcək karyeramda mühüm rol oynayacaq.
- Yorucu deyildi?
- Bu haqda danışmağım yersizdir. Cəmi 18 yaşım var. Hələ üzərimdə işləməliyəm.
- Həm U-19-da, həm U-21-də, həm də əsas yığmada olmusan. Yaş artdıqca səviyyə fərqi çoxmu hiss olunur?
- Əlbəttə, yığma ilə U-19-un, U-21-in səviyyəsi fərqlidir. Ancaq bununla onların çox geridə qaldığını demək istəmirəm. Sadəcə, yaş artdıqca, daha təcrübəli rəqiblə qarşılaşırsan.
- Yığmada daimi oynamq üşün gərək klubda əsas komandanın formasını geyinəsən. Sənə bu şərait yaradılacaqmı?
- Baş məşqçimiz Arif Əsədov da Avstriyada idi. Oyunlarımızı izlədi. Sonda mənə təşəkkürünü və razı qaldığını bildirdi. Özümdən də çox şey asılıdır. Gərək məşq prosesində özümü yaxşı tərəfdən göstərim ki, əsas heyətdə də meydana çıxım. “Neftçi”də daha çox oyuna çıxacağıma inanıram.
- Ümumiyyətlə “Neftçi”nin əvəzedici komandasında potensialı olan futbolçular çoxdur. Ancaq nədənsə onlara əsas komandada çox az şans verilir. Bunu nə ilə izah edə bilərsən?
- Belə düşünmürəm. Arxada qalan mövsümün bəzi oyunlarında baş məşqçi bizə şans verdi. İnşallah, özümüzü göstərdikcə əsas komandaya cəlb ediləcəyik.
- Sən indi əsas komanda ilə hazırlaşacaqsan?
- Ötən mövsümdən əsas komanda ilə birgə məşq edirəm. Az oynasaq da, komandanın bütün hazırlığına qatılırıq.
Mənbə: “Futbol dünyası” qəzeti

0
0