“Joze Maurinyodan da güclü məşqçi olmaq istəyirəm”
17.06.2010 - 12:58
“Almaniyada ali təhsil alarkən, universitet komandasında futbol oynamışam. Mən futbol həvəskarıyam, bu işi sevirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının almaniyalı baş məşqçisi Berti Foqtsun tərcüməçisi Aydın Rüstəmov deyib.
Milli komandamızın beynəlxalq və yoxlama görüşləri zamanı texniki zonada yer alan Rüstəmov Foqtsun tapşırıqlarını futbolçulara çatdırır. Onun fikrincə, 90 dəqiqə ərzində hərəkətdə olmaq çətin deyil: “Dediyim kimi, futbol mənim həyatımın ən önəmli hissələrindən biridir. Futbolçularla dil tapmaq mənim üçün çətin deyil. Onlarla futbol dilində danışıram, qətiyyən yorulmuram”.
Rüstəmov bu işlə müvəqqəti məşğul olmadığını söyləyib. Belə ki, hələlik tərcüməçi olsa da, dünya şöhrətli Berti Foqtsun təcrübəsindən yararlanaraq, məşhur Joze Maurinyodan da güclü məşqçi olmaq istəyindədir: “Dünya şöhrətli Maurinyo məşqçiliyə tərcüməçilikdən gəlib. Mən ondan da güclü məşqçi olmaq niyyətindəyəm. Artıq AFFA-nın məşqçi kurslarına qatılıb, C kateqoriyasına yiyələnmişəm. Yaxın gələcəkdə B və A kateqoriyalarını da alacağam. Yaxşı məşqçi olmaq mənim ən böyük arzularımdan biridir”.

0
0